Sosial iqtisadiyyat

Azərbaycanda bu şirkətin dövlətə 1.4 milyon manat vergi borcu var

“City Construction” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasındakı rəqəmlərdən görmək olar.

Məlumata əsasən, “City Construction” MMC-nin vergi borcu 1 431 711 manatdır. Bu vergi borcu 01.09.2022-ci il tarixinə olan məlumatdır.

Qeyd edək ki, şirkət 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Emil Əliyev Paşa oğludur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)