Qeyri-Bank

“Unicapital” törəmə şirkət yaradır

Sentyabrın 30-da “Unicapital İnvestisiya Şirkəti” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb.

Şirkətdən məlumat;na görə, “Unicapital”ın səhmdarları Nizamnamənin yeni redaksiyasını təsdiq etməli, investisiya fondunu idarə etmək üçün törəmə müəssisənin yaradılmasını müzakirə etməli, həmçinin şirkətin cari fəaliyyəti ilə bağlı məsələləri müzakirə etməlidirlər.

Qeyd edək ki, Unicapital İnvestisiya Şirkəti ASC Azərbaycanın Unibank ASC-nin törəmə müəssisəsidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)