ENGINET işçi axtarır - VAKANSİYA
Marketinq üzrə mütəxəssis
Son tarix 30 sen 2022
Vəzifə öhdəlikləri:
- İllik marketinq planının hazırlanmasında iştirak etmək;
- Müştərilərlə sıx və yüksək səviyyəli münasibətlərin qurulması;
- Marketinq araşdırmalarının aparılması (bazar/rəqib/potensil müştəri və ərazi);
- Məqsədli auditoriyanın xüsusiyyətlərinin araşdırılması, onların satınalma davranışlarının izlənməsi, yeni istehlakçı sinifin yaradılması istiqamətində təkliflərin hazırlanması;
- Satışa dəstək olabiləcək marketinq məlumatlarının hazırlanması;
- Təqdimatların təşkil edilməsi və aparılmasını təmin etmək;
- Marketinqə aid digər şirkətlərlə əlaqələrin yaradılması;
- Reklam agentlikləri ilə danışıqların aparılması, müqavilələrin bağlanması, reklam materiallarının və çap məhsullarının sifarişi;
- Daxili və xarici PR aktivliklərin keçirilməsi və reklam fəaliyyətinin təşkili;
- Marketinq şöbəsinə dair sənədləşmə işinin icrası;
- Marketinq araşdırmaları üçün regionlara xidməti ezamiyyətlərə getmək;
Namizədə verilən tələblər:
- Ali təhsil (Müvafiq sahədə olması üstünlükdür)
- Müvafiq sahədə 2-3 il iş təcrübəsi
- Azərbaycan dili mükəmməl, rus dili yaxşı, ingilis dilli orta
- Təqdimetmə bacarığı, komandada işləmək bacarığı, yaradıcılıq, yeniliklərə açıq olma, təşəbbüskarlıq, müştəriyönümlülük;
- MS Office ( Word, excel, powerpoint) proqramlarını yüksək səviyyədə bilməli;
Əmək haqqı: Namizədin təcrübəsi və bilik-bacarığına müvafiq təyin ediləcək
İş qrafiki: 5 günlük iş qrafiki
Müraciət qaydası: CV-nizi elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Marketinq üzrə mütəxəssis” yazmaqla hr@enginet.az göndərə bilərsiniz.
Qeyd: Bəy namizədlərə üstünlük verilir