Valyuta hərracı keçirildi - NƏTİCƏ
Bu ilin yanvar-avqust aylarında Dövlət Neft Fondu (ARDNF) 3 392,1 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
ENA.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 % azdır.
Təkcə bu ay isə ARDNF-in valyuta satışının məbləği 440,6 milyon dollar təşkil edib. Bu isə ötən ilin avqust ayına nisbətən 14 % azdır.