Gündəm

“Kinder”dən sonra “Oreo”da bakteriya şübhəsi

Kinderdən sonra Oreo, Mikado və Pepito istehsalçısı olan ABŞ-ın “Mondelez” şirkətinin məhsullarında salmonella bakteriyası ehtimalı səbəbindən 3 istehsal sahəsini bağladığı bildirilib.

ENA.az xəbər verir ki, bu barədə Le Figaro məlumat yayıb.

Xəbərə görə, İsveçrənin kakao və şokolad istehsalçısı “Barry Callebaut” “Mondelez”ə məhsullarında salmonella bakteriyası olma ehtimalı ilə bağlı xəbərdarlıq edib. “Ferrero”nun Kinder məhsulları ilə ortaya çıxan salmonella qalmaqalının bənzərini yaşamamaq üçün “Mondelez”in Oreo peçenyelərinin də istehsal edildiyi 3 böyük istehsal sahəsində bəzi bölmələrini qismən, bəzilərini isə tamamilə bağladığı bildirilir. Şirkət rəhbərləri bağlanma səbəbinin “böyük təmizlik” olduğunu deyir, lakin Le Figaro əsas səbəbin salmonella xəbərdarlığı olduğunu irəli sürür.

Xəbərdə qeyd olunur ki, istehsal yavaşlayıb deyə bazarlarda sözügedən peçenyelərin tədarükündə qıtlıq yaşanır. Şirkətin fəaliyyətini dayandırdığı fabriklərdə yenidən istehsala başlamağın xeyli vaxt aparacağı da qeyd edilir.

Qida mütəxəssisləri son vaxtlar istehlak məhsullarında salmonella və buna bənzər bakteriyaların ortaya çıxmağını istehsalçıların “daha qənaətcil” olduqları ilə əlaqələndirirlər. Belə ki, istehsalçılar qənaət məqsədilə ucuz inqrediyentlərdən istifadə edirlər.

Xatırladaq ki, Fransada “Nestle” şirkətinə aid Buitoni pizzalarında, Avropanın bir çox ölkəsində “Ferrero”ya aid Kinder şokoladlarında və “Lactalis”ə aid pendirlərdə bakteriya aşkatlandığına görə sözügedən şirkətlər bu məhsulların böyük hissəsini bazardan geri çağırmışdı.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, şokolad məhsulları ilə bağlı dünyada 151 salmonella infeksiyası var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)