Ötən ilin neft hasilatı açıqlandı - AZƏRBAYCANDA
Azərbaycanda 2018-ci il ərzində proqnozdan 849 900 ton çox olmaqla 38 milyon 802 min ton neft hasil edilib.
Bu barədə Energetika Nazirliyi tərəfindən 2018-ci ildə görülmüş işlərə dair hesabatda bildirilir.
Ötən il ölkədə neft hasilatının həcmi 2017-ci ildən 0,29% və ya 113,1 min ton çox olub.
Hasil olunan neftin 28,722 mln. tonu “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun, 2,540 mln. tonu “Şahdəniz”in (kondensat), 7,540 mln. tonu isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb.
AÇG-dən ötən il neft hasilatının həcmi 2017-ci ilə nisbətən 184,4 min ton və ya 0,64% azalıb.
SOCAR üzrə neft hasilatının həcmi 2017-ci ildən 112,9 min ton və ya 1,5% çox olub. “Şahdəniz” yatağından kondensat hasilatının həcmi isə əvvəlki ildən 184,6 min ton və ya 7,84% artıb.