Bank

“Günay Bank” yenidən “Günay Sığorta”nın səhmdarı olub

"Günay Bank" ASC "Günay Sığorta" ASC-nin səhmlərinin 8,42%-ni əldə edib.

Məlumata görə, sığorta şirkətinin nizamnamə kapitalının 1,3 milyon manat və yaxud 15,85% artırılaraq 8,2 milyon manatdan 9,5 milyon manata çatdırılmasından sonra olub.

Əvəzində "Günay Sığorta"nın səhmlərinin 67,55%-nə nəzarət edən Yeganə Şirinovanın payı 58,31%-ə düşüb, Mahmud Məmmədovun payı isə 32,45%-dən 33,27%-ə çatıb.

Onlar həm də "Günay Bank"ın müvafiq olaraq 41,15%-lik və 58,22%-lik səhmdarlarıdır. Bankın səhmlərinin qalan 0,63%-i isə İran əsilli Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.

Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)