Türkiyədən şopinqdə azərbaycanlılar TOP-5-likdədir
Türkiyəyə alış-veriş üçün gələnlərin sayında rekord artım: Pandemiyadan əvvəl 2019-cu ildə 1,6 milyon turist alış-veriş üçün Türkiyəni seçdiyi halda, 2022-ci ilin ilk yarısında bu rəqəm 1,2 milyona yüksəlib. Türkiyədən ən çox alış-veriş edən ölkələr arasında azərbaycanlılar TOP-5-likdədir.
Epidemiyadan bir il əvvəl, yəni 2019-cu ildə 1,6 milyon turist Türkiyəni yalnız alış-veriş üçün seçdiyi halda, 2022-ci ilin ilk yarısında bu rəqəm 1,2 milyona yüksələrək bütün dövrlərin birinci yarısı üzrə rekordunu qırdı. Nazirlik isə alış-veriş turizmi tanıtım filmi üzərində işlərə başladı. Bəzi bölgələrdə satışda payı 50 faizi keçən turist alış-verişinin ilin bütün aylarına yayılması istiqamətində işlərə başlanılıb.
TÜİK-in məlumatına görə, 2017-ci ildə Türkiyəyə alış-veriş üçün 1,5 milyon xarici ziyarətçi gəldiyi halda, bu rəqəm 2018-ci ildə 1,4 milyon, 2019-cu ildə isə 1,6 milyon olub. Epidemiya ilə birlikdə düşən rəqəm 2020-ci ildə 764 min, 2021-ci ildə isə 774 olub. Lakin ötən ilin son rübündən etibarən lirənin dollar qarışında ucuzlaşması Türkiyənin alış-veriş üçün əlverişli olmasına səbəb olub. Nəticədə bu ilin ilk yarısında 1 milyon 177 min əcnəbi alış-veriş üçün Türkiyəni seçdi və bu rəqəm 6 aylıq üzrə rekord olaraq qeyd edildi. Bu il bu rəqəmin ümumilikdə 3 milyona çatacağı gözlənilir.
Bu dövrdə əcnəbilərin geyim və ayaqqabı xərcləri 1 milyard 841 milyon dollar, yemək və içki xərcləri 2 milyard 680 milyon dollar, suvenir və xalça/kilim xərcləri isə 782 milyon dollar təşkil edib. Banklararası Kart Mərkəzinin xarici kredit kartlarından istifadə statistikasına əsasən, bu ilin birinci yarısında xarici kredit kartları ilə cəmi 52 milyon 797 min əməliyyat aparılıb, bu əməliyyatlar müqabilində edilən alış-verişin məbləği isə 84 milyard TL-yə yüksəlib.
Ticarət Nişanları Dərnəyinin prezidenti İzzet Stamati, hazırda xarici satış nisbətinin markadan asılı olaraq yüzdə 60-a qədər olduğunu söylədi. Alıcılıq reytinqində səudiyyəlilərin birinci olduğunu qeyd edən Stamati, sırasıyla Küveyt, İran, Rusiya və Azərbaycanın ilk beşlikdə gəldiyini bildirib.