Gündəm

Gömrük Komitəsində bu generala yüksək vəzifə verildi

Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinə yeni rəhbər təyin olunub.

ENA.az Demokrat.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə “Azərterminalkompleks” Birliyinin direktorun müavini vəzifəsinə təyin edilib və direktor vəzifəsinin müvəqqəti icrası general-mayor Kənan Aşurluya tapşırılıb.

Qeyd edək ki, Kənan Aşurlu 2019-cu ilin sonunadək Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb. 

51 yaşlı K.Aşurlu Naxçıvan MR-in Şərur rayonundandır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)