Avtomobillərin baqajlarını yoxlamaq qanunidir? - Video
“Bəzi obyektlərin qarajlarında və dayanacaqlarda avtomobillərin baqajları yoxlanılır. Əksər vaxtlarda bunun təhlükəsizlik məqsədilə edildiyi deyilir. Lakin, qanun şəxsin razılığı olmadan onun mülkiyyətinə baxış keçirilməsinə icazə vermir”.
ENA.az” Baku tv-yə istinadən xəbər verir ki, məsələyə hüquqşünas Emil Aslanov aydınlıq gətirib.
O bildirib ki, şəxsin özəl mülkiyyəti toxunulmazdır, onun icazəsi olmadan avtomobilinin hansısa hissəsinə baxış keçirilə bilməz.
Bəs qanun hansı hallarda avtomobillərin saxlanılaraq baqajlarına baxış keçirilməsinə imkan verir?
Suala DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev cavab verib: “Əgər nəqliyyat vasitəsi barəsində axtarış elan olunubsa və ya İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq nəqliyyat vasitəsinə baxış keçirmək üçün əsaslar olduqda, eləcə də, saxlanılmış nəqliyyat vasitəsində hər hansı bir qanunsuz yüklərin daşınmasına dair şübhələr varsa, bu halda Yol Patrul Xidməti əməkdaşları tərəfindən avtomobilə baxış keçirilə bilər”.