Neft ucuzlaşır - SON QİYMƏT
ki günlük qiymət artımından sonra dünya bazarında neft korreksiya çərçivəsində ucuzlaşıb.
ENA.az birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 0,47 % ucuzlaşaraq 1 bareli 99,13 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti isə 0,51 % aşağı düşərək 1 bareli 93,87 ABŞ dolları təşkil edib.
Əvvəlki iki gün ərzində “Brent” nefti 3,39 %, WTI nefti 4,2 % bahalaşmışdı.