Hadisə

NATO ölkələrinin Bolqarıstanda hərbi təlimləri başladı

Bolqarıstanda NATO ölkələrinin Hərbi Hava Qüvvələrinin (HHQ) “Tracian Viper-2022” kod adlı genişmiqyaslı təlimlərinin birinci mərhələsi başlayıb.

Bu barədə BNR məlumat yayıb. Rəsmi məlumata görə, aksiyada Bolqarıstan Hərbi Hava Qüvvələri ilə yanaşı, ABŞ, Kanada, Rumıniya və Yunanıstanın müvafiq aviasiya bölmələri də iştirak edir.

Birgə strukturların döyüş maşınlarının və şəxsi heyətinin ümumi sayı açıqlanmayıb.

Qeyd edək ki, “Trakiya gürzəsi” təlimləri 2010-cu ildən hər il keçirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)