Axtar

İxtisas seçiminə hazırlaşan abituriyentlərin NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi «Abituriyent» jurnalının 4-cü nömrəsini nəşr edib.

Bu barədə ENA.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib. Qeyd edilib ki, jurnalın bu nömrəsində 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib.

Vəsaiti "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33