Britaniya və Avropa İttifaqı bu gündən Rusiya kömürünün idxalını dayandırır
Böyük Britaniya və Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı fonunda tətbiq etdiyi sanksiyalar çərçivəsində bu gündən etibarən Rusiya kömürünün idxalını dayandırır.
Bu barədə “TASS” məlumat yayıb.
Bildirilib ki, bu məhdudiyyətlər Rusiya iqtisadiyyatına “zərər” vurmaq məqsədini daşıyır.
Qeyd edək ki, Ukraynada hərbi əməliyyata görə ABŞ və Aİ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Bir çox rus diplomat və sahibkarın adı “qara siyahıya” salınıb. Rusiya bankları beynəlxalq ödəniş sistemlərindən ayrılıb, eləcə də bir çox beynəlxalq şirkətlər Rusiyada fəaliyyətini dayandırıb.