Nardaran İnvest işçi axtarır - MAAŞ 3000 AZN
Baş Smetaçı mühəndis- texniki nəzarət şöbəsinin rəisi
Son tarix 09 sen 2022
Əmək haqqı: 3000 AZN
Vəzifə öhdəlikləri:
- Maliyyə-smeta sənədlərini hazırlayır;
- Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz edir;
- Analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlayır;
- Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparır;
- Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlayır və bu barədə arayış tərtib edir;
- Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak edir;
- Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak edir;
- Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlayır, görülən işlər barədə aktlar hazırlayır;
- Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görür;
- Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirir;
- Smeta qiymətləri haqqında arayışlar tərtib edir;
Namizədə tələblər:
- Ali təhsil- Azərbaycan Memarlıq İnşaat universiteti;
- Sahə üzrə minimum 3 il iş təcrübəsi;
- MS Office, AutoCAD bilikləri;
- Rus dili biliyi önəmlidir.
İş yeri:
- Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
İş vaxtı: I-VI günlər
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, recruitment@seabreeze.az elektron ünvana CV göndərə bilərlər.