BİZNES

Azərbaycan iqtisadiyyatının əsas göstəricisi - ÜDM açıqlandı

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda ÜDM-in artımı 6,2%, o cümlədən qeyri-neft-qaz sektorunda artım 9,9% olub.

Yanvar-iyul aylarında neft-qaz sektorunda azalma 0,4% təşkil edib.

Statistikaya görə, 7 ayda Azərbaycanda ÜDM-in nominal həcmi 74 milyard 155,2 milyon manat təşkil edib.

ÜDM-in strukturunda sənayenin payı 52,9 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri - 7,7 faiz, nəqliyyat və anbar təsərrüfatı - 6 faiz, tikinti - 3,8 faiz, kənd və meşə təsərrüfatı, balıqçılıq - 5 faiz, informasiya və rabitə - 1,3%, turistlərin yerləşdirilməsi və iaşə obyektləri sahəsində - 1,4%, digər sektorlar üzrə - 14,3% olub.

Vergilərin ÜDM-də xüsusi çəkisi 7,6 faiz təşkil edib.

2022-ci ilin yanvar-iyul aylarında adambaşına düşən ÜDM 7375,9 manat təşkil edib.

2022-ci il üçün Azərbaycan hökuməti ÜDM artımını 3,4% səviyyəsində proqnozlaşdırır.

2021-ci ildə Azərbaycanda ÜDM artımı 5,6% təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)