Gündəm

Ermənistanın Yunanıstanda casusluq fəaliyyəti aşkarlanıb

Ermənistanın xüsusi xidmət orqanlarının Yunanıstanda casusluq fəaliyyəti aşkarlanıb.

Bu barədə ENA.az xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, Yunanıstanın PASOK partiyasının sədri Nikos Andrulakisin telefonları Ermənistanın xüsusi xidmət orqanlarının sifarişi ilə dinlənilir.

“Ekathimerini.com”un məlumatına görə, partiyanın sədri qeyd edib ki, onun telefonlarına xüsusi cihazlar vasitəsilə qulaq asırlar. Nikos Androulakis telefonuna qeyri-qanuni “Predator” casus proqram quraşdırmaq cəhdi barədə məlumat verib.

Yunanıstan kəşfiyyatının rəhbəri də Andrulakisin telefonunun Ermənistan xüsusi xidmət orqanlarının sifarişi ilə dinlənildiyini açıqlayıb.

Qalmaqala Ermənistanın Yunanıstandakı səfiri Tiqran Mkrtçyan da münasibət bildirib. Diplomat Ermənistanın xüsusi xidmət orqanlarının guya PASOK sədri Nikos Andrulakisin telefonlarının dinlənilməsində iştirak etmədiyini iddia edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)