Axtar

Zakir Həsənovla Papikyan arasında əlaqə dayanıb

“Azərbaycan və Ermənistan müdafiə nazirləri Zakir Həsənovla Suren Papikyan arasında hazırda operativ əlaqə yoxdur”.

ENA.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin mətbuat katibi Aram Torosyan bildirib.

“Artıq bir neçə aydır ki, iki ölkənin müdafiə qurumlarının rəhbərləri arasında operativ əlaqə yoxdur”, - o əlavə edib.

Müdafiə Nazirliyinin nümayəndəsi bunun nə vaxtdan davam etdiyini və səbəblərini açıqlamayıb.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33