Tayvana uçuşlar ləğv olundu

Çinin canlı atəş təlimləri səbəbindən Tayvana gələn 26 və Tayvandan qalxan 25 beynəlxalq reys ləğv edilib.
Bu barədə Tayvanın Taoyuan Beynəlxalq Hava Limanı məlumat yayıb.
Cənubi Koreya mediasının məlumatına görə , “Korean Air” və “Asiana Airlines” da Tayvana olan uçuşları ləğv edəcək və hadisələrin gedişatını izləyəcək.