Bank

Azərbaycandakı Rusiya bankının əmanət portfeli kəskin "əriyib": 26 BANKIN RENKİNQİ  

Azərbaycanda əhali əlindəki pulu qoyub qazanc götürməyə imkanlar çox azdır. Ona görə də bir az pul yığan kimi ya ev alırlar, ya da banka qoyurlar. Bugün əmanətlər üzrə faizləri ölkədəki inflyasiya yediyindən bankdakı pul sahiblərinin nəsə qazandığını da demək olmur. Bununla belə evdə pulun dəyərdən düşməsini gözləməkdənsə, heç olmasa, bankda hansısa artım olması daha yaxşıdır.

Odur ki, ötən yanvar-iyun aylarında əhalinin banklara qoyduğu əmanətin həcmi 14,9% artaraq 10 milyard 378,6 milyon manat olub. Ümumilikdə Azərbaycan banklarında hüquqi şəxslərin hesablarındakı depozitlər də daxil olmaqla depozit portfelinin həcmi 29 milyard 982,1 milyon manatdır. 
Bəs artım ən çox hansı banklarda əmanətlər daha çox artıb. 

ENA.az-ın hazırladığı renkinq cədvəlinə baxsaq görərik ki, depozit portfelinin 23 milyard 688 milyon manatı və ya 79,3%-i TOP-5 bankdadır. 
Bu ilin altı ayında isə əmanət qəbulunda ən çox artım etmiş bankların 5-liyi belədir: Günay Bank (42,8%), Bank Avrasiya (22,4%), PAŞA Bank (18,3%), Kapital Bank (17,3%), Access Bank (11,5%).

Əmanət portfelləri ən çox “əriyən” banklara isə VTB Bank Azərbaycan liderlik edir. Görünür, Ukrayna Rusiya müharibəsinin nəticəsi kimi bu bankdan pulunu geri çəkənlərin sayı artıb. İlin əvvəlində 88 milyon manatlıq portfeli olan VTB, altı aydan sonra 65 milyon manatlıq depozit portfelinə sahib olub. Bankda fiziki şəxslərin depozitləri 57 milyon manat, hüquqi şəxslərin depozitləri isə 7 milyon manatdır. Ötən altı ayda hüquqi şəxslər bu bankdakı 27 milyon manat pullarını gerti çəkiblər. Görünür bu, bank vasitəsilə hesablaşmaların aparılmasından qaynaqlanır.      

RENKİNQ cədvəli üzrə ümumilikdə vəziyyət belədir: 


 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department