Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər nazirləri yığışır
Azərbaycan, Özbəkistan və Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin üçtərəfli görüşünün tarixi məlum olub.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş avqustun 2-də baş tutacaq.
Məlumata görə, görüş zamanı regional proseslər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq. Eyni zamanda, Xəzər dənizindən keçən Şərq-Qərb dəhlzii ilə bağlı perspektivlər barədə danışılacaq.