Gündəm

“Neftçi”nin Kiprlə oyundan qazancı nə qədər oldu?

Xəbər verdiyimiz kimi, “Neftçi” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kiprin “Aris” klubunu məğlub edərək 3-cü mərhələyə adlayıb.

Bakıda keçirilən oyunda rəqibinə 3:0 hesabı ilə qalib gələn “ağ qaralar” bu qələbə ilə 1 milyon avro (1 milyon 730 min manat) qazanıb.

Həmin məbləğin 100 min avrosu qatılma haqqı olaraq paytaxt təmsilçisinə ödənəcək. 350 min avro 2-ci, 550 min avro isə 3-cü təsnifat mərhələsində iştiraka görə verilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)