Bank bazarında qazancın 77,5%-i üç bankındır – Mənfəət/Zərər Renkinqi
2022-ci ilin birinci yarısında Azərbaycan bankları 400 milyon manatdan çox mənfəət əldə ediblər. Bu mənfəətin 310 milyon manatı 3 bankın – Kapital Bank, Azərbaycan Beynəlxalq Bakı və Paşa Bankın payına düşüb. Başqa sözlə, Azərbaycanın bank bazarında qazancın 77,5%-i üç bankın əlində cəmləşib.
Ümumilikdə ölkədəki 26 bankdan 24-ü xalis mənfəət, 2-si xalis zərər açıqlayıb.
Zərər açıqlayan banklar bunlardır: Bank BTB – 5 milyon 274 min manat, Pakistan Milli Bankının Bakı filialı – 271 min manat.
ENA.az olaraq bankların 2022-ci ilin 2-ci rübü və 2021-ci ilin 2-ci rübü üzrə müqayisəli renkinqini təqdim edirik. Cədvəldən göründüyü kimi, Azərbaycan Beynəlxalq Bankı ötən ilin eyni dövrü ilə müqayisədə mənfəətini 25% azaltdığı halda, Kapital Bank 21%, Paşa Bank isə 22% artırıb.