Gündəm

Zelenski Ukraynanın azad edilməsi üçün kritik müddəti açıqladı

Ukrayna Rusiyanın ələ keçirdiyi əraziləri yaxın 3-6 həftə ərzində geri qaytarmalıdır. Çünki daha sonra bunu etmək xeyli çətinləşəcək.

Bunu bir müddət öncə Kiyevə səfər edən ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Adam Smitin sözlərinə görə, onlarla görüş zamanı Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenski fikrini bir müddət sonra havaların soyuyacağı və sərt qışın gələcəyilə izah edib.

Dövlət başçısı ilə görüşən Konqresin Silahlı Qüvvələr Komitəsinin rəhbəri Adam Smit qeyd edib ki, Ukrayna rəsmiləri Rusiya ilə sülh razılaşması əldə etmək istədiklərini, lakin əvvəlcə işğal edilən torpaqları geri almalı olduqlarını bildiriblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)