Korrupsiyaya görə tutulan vəzifəli şəxs azadlığa buraxıldı
![](https://ena.az/uploads/news/2022-07/_ena_181f8b0a7ca13439edbad5cbb_o.jpg)
Korrupsiyada ittiham edilərək həbs olunan "Azərbaycan Standartlaşdırma İnstitutu"nun Uyğunluğun qiymətləndirilməsi departamentinin direktor müavini Rafiq Əzizovun məhkəməsi başa çatıb.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (Rüşvət alma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən R.Əzizova 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Məhkəmə prosesində bildirilib ki, hökm elan edilərkən R.Əzizovun həbsdə saxlanıldığı 9 ay 20 gün müddət nəzərə alınıb.