Axtar

Azərbaycanın sığorta bazarı 9 % böyüyüb

Bu ilin I yarısında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 491,605 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8,7 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 174,923 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 29,5% azdır.

6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 35,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 54,9 manat olub.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33