İnşaat və əmlak

FHN tikinti şirkətlərinə müraciət etdi - Bu qərar ləğv edilib

Ləğv edilmiş Dövlət Tikinti və Arxitektura Komitəsinin (Azərdövləttikintikom) 30 dekabr 1999-cu il tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilib 1 yanvar 2000-ci ildən qüvvəyə minmiş AzDTN 1.6-1* “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları” Dövlət Tikinti Normaları Fövqəladə Hallar Nazirliyinin müvafiq Qərarı ilə ləğv edilib və ölkə ərazisində hüquqi qüvvəsini itirib.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, nazirliyin digər Qərarı ilə AzDTN 1.6-2* “Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları”nda (2015-ci ildən tətbiq edilir) zəruri dəyişikliklər edilib və normalara tikintinin təşkili və aparılması ilə bağlı müxtəlif icra sənədlərinin (aktların, jurnalların və s.) nümunələri daxil edilib: “Qeyd olunanları nəzərə alaraq bildiririk ki, hazırda AzDTN 1.6-2* normaları tikinti işlərinin başlanması, təşkili və aparılması üzrə prosedurları tənzimləyən normativ sənəd olaraq tətbiq edilməkdədir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)