Hadisə

Rusiyanın Donetsk şəhərində neft bazası yanır - VİDEO

Donetskin Budennovski bölgəsində neft bazasında güclü yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “TASS” yayıb. 

Hazırda yanacaq çənlərində yanğın davam edir. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. 

Rusiya tərəfi neft bazasının yerləşdiyi ərazinin Ukrayna tərəfindən artilleriya atəşinə tutulduğunu iddia edir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)