Sosial iqtisadiyyat

Xantı-Mansidən Azərbaycana 9.9 min kubmetr taxta material idxal olunub

Bu ilin əvvəlindən Azərbaycan Rusiyanın Xantı-Mansi Muxtar Dairəsindən taxta material idxal edən əsas ilk üç ölkələr sırasına daxil olub.

Cari ilin əvvəlindən Muxtar Dairədən Azərbaycana 9.9 min kubmetr məhsul tədarük edilib.

Ümumilikdə, hesabat dövründə Xantı-Mansiysk Muxtar Dairəsindən ağac ixracı 214.9 min kubmetr təşkil edib ki, bu da ötən illə müqayisədə 29.5% azdır.

Qeyd olunub ki, əsas idxal edən ölkələr bunlardır: Çin – 59.4 min kubmetr, Özbəkistan – 88 min kubmetr, Azərbaycan – 9.9 min kubmetr, Qazaxıstan – 42.6 min kubmetr, Misir – 3.8 min kubmetr, İraq – 3.9 min kubmetr.

Eyni zamanda, ağac ixracının ən kiçik həcmi Tacikistan, Türkmənistan, Qırğızıstan və Avropa İttifaqı ölkələrinin payına düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)