ABŞ və Çin liderləri telefonla danışacaq
ABŞ Prezidenti Cozef Bayden çinli həmkarı Si Sinpinlə yaxın on gün ərzində telefonda danışacağını gözləyir.
Bu barədə xarici mətbuat xəbər yayır.
Jurnalistlər qarşısında çıxış edən dövlət başçısı qarşıdakı söhbətin əsas mövzularını açıqlayıb. Qeyd edib ki, ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.
Bayden həmçinin bildirib ki, ABŞ hərbçilərinin fikrincə, Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana planlaşdırılan səfəri pis ideyadır, çünki hazırda Pekinin iddia etdiyi adaya getməyə dəyməz.
Qeyd edək ki, Çin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı “güclü tədbirlər” elan edib.