Gündəm

Boris Conson istefa verdi

Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verib.

ENA.az “Sky nuys”a istinadən xəbər verir ki, o, bu barədə xalqa müraciətində bildirib.

“Mən yeni lider seçilənə kimi vəzifəmi icra edəcəyəm”, - o bildirib. 

Qeyd edək ki, Mühafizəkarlar Partiyası yeni liderin və yeni baş nazirin təyin olunması tələbi ilə çıxış edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)