NK-nın ƏDV ilə bağlı qərarı biznes subyektlərinə necə təsir göstərəcək?
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti tərəfindən satışı əlavə dəyər vergisindən azad olunan yem və yem əlavələrinin siyahısı təsdiq edilib.
ENA.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qərarın qəbul edilməsi hesabına yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi bazanın yaradılması ölkədə yem məhsulları bazarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Belə ki, 72 növdə yem və yem əlavələrinin istehsalı və satışı ilə məşğul olan biznes subyektləri
– vergi inzibatçılığı asanlaşdırılmasından bəhrələndi;
– tətbiq olunan vergi güzəştlərindən yararlandı;
– 2022-ci ilin may ayından yem və yem əlavələrinin idxalına görə rüsum ödəmir.
Bütün bunlar heyvandarlıqda və quşçuluqda istehsal xərclərinin sabitləşməsi baxımından əhəmiyyətli təsirə malikdir.
Beləliklə:
– Yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradıldı;
– Bu sahədə vergi inzibatçılığı asanlaşdırıldı;
– Siyahıya daxil edilmiş yem və yem əlavələrinin satışı ƏDV-dən azad olundu;
– Yem və yem əlavələrinin idxalına görə rüsum tətbiq edilmədi.