Aqrar

Bakı və Abşeronda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları keçiriləcək

2-3 iyul tarixlərində Bakı və Abşeronda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq. 

ENA.az xəbər verir ki, budəfəki “Kənddən Şəhərə” həftəsonu yarmarkalarında ümumilikdə 40-dan artıq regiondan 100-ə yaxın fermer iştirak edəcək.  Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar. 

Eləcə də oxu: Azərbaycandan Sverdlovsk vilayətinə qarpız ixracı 10 dəfə artıb

“Kənddən şəhərə” həftəsonu yarmarkaları Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) və Xırdalan şəhərinin, Heydər Əliyev prospekti, 41A ünvanında təşkil olunacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)