Sosial iqtisadiyyat

Azərbaycanda daha 3 idman federasiyası ləğv olundu

Azərbaycanda daha 3 idman qurumunun federasiya statusu dayandırılıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunlar “Həvəskar Universal Döyüş Federasiyası” İB, “Qarabağ-Əlil Döyüşçülər Futbol Federasiyası” İB, “Azərbaycan Peşəkar Boks Federasiyası” İB-nin federasiya statusu dayandırılıb.

Əvəzində kollegiyanın qərarı ilə “Azərbaycan Sambo Federasiyası” İB, “Azərbaycan Savat Federasiyası” İB, “Azərbaycan Taekvondo Federasiyası” İB, “Azərbaycan Avtomobil Federasiyası İB, “Azərbaycan Kapoeyra Federasiyası” İB, “Azərbaycan Yelkən Federasiyası” İB-nin akkreditasiyaları təsdiqlənib.

Beləliklə, bir-neçə aydır nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, Kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 26-ya çatıb. Ümumilikdə, 25 federasiyanın isə statusu dayandırılıb. Federasiyaların statusuna baxılması prosesi davam edir.

Bununla yanaşı, iclasda nazirliyin 2022-сi ilin IIk yarımili üçün perspektiv iş planı təsdiqlənib. Bundan başqa, bir sıra tədbirlərin təqdimatı müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

Nəhayət, Ceyhun Ənvər oğlu Məmmədəliyevə, Tural Rafiq oğlu Vəlibəyova və Xalid Zahid oğlu Atababayevə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adının verilməsi barədə qərar qəbul edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)