Vüqar Gülməmmədovun da maaşı artırıldı
Hesablama Palatasının üzvlərinin təminatları dəyişib.
ENA.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Hesablama Palatası” haqqında qanuna dəyişiklik edilib.
Layihəyə əsasən, Hesablama Palatasının sədri 3 150 manat, Hesablama Palatasının auditorları 2 625 manat məbləğində aylıq vəzifə maaşı alacaqlar.
Hesablama Palatasının üzvlərinə hər ay vəzifə maaşlarının iki misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatasının auditorlarının aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisinin komitə sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir.
Hesablama Palatasının üzvlərinə bir aylıq vəzifə maaşı həcmində əlavələr də ödənilir.
Qanuna dəyişiklik III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.