“Gilan” brendindən çıxan zavoda bu şəxs rəhbərlik edəcək
2021-ci ilin mayına qədər “Gilan Dəri” MMC (Gilan Dəri Zavodu) hüquqi adı ilə çıxış edən “A.C.E. DƏRİ” MMC-nin rəhbərliyi dəyişib.
ENA.az bu barədə Banker.az-a istinadən xəbər verir.
Məlumata görə, Anar Kərimov Rafiq oğlu direktor vəzifəsindən azad edilib.
Onun yerinə Araz Rəhimov Nüsrət oğlu təyin edilib.
A.Rəhimov 2021-ci ilin sonu yaradılan və 500 min manat nizamnamə kapitalı olan “Arfa Aqro” MMC-nin qanuni təmsilçisdir.
“Gilan Dəri” MMC 2005-ci ildə yaradılmaqla “Gilan” brendi altında fəaliyyət göstərən bir neçə şirkətlə eyni ünvanda – Bakı şəhəri Nəsimi rayonu, Zərifə Əliyeva, ev 38, m. 24 ünvanında dövlət qeydiyyatına alınmışdı. Amma bu ünvanda qeydiyyatda alınsa da Yevlax rayonunda yerləşən “Gilan” Dəri emalı zavodunun dəri istehsal edilirdi. “Gilan Dəri” barədə məlumat hələ də ana şirkət olmuş “Gilan Holdinq”in rəsmi səhifəsində mövcuddur.
May ayından etibarən isə “Gilan” brendini götürmüş, növbəti ayda isə hüquqi qeydiyyat ünvanını Göyçay rayonu, Qarabaqqal kəndinə dəyişib. Hazırda şirkətin nizamnamə kapitalı 4 325 000 manatdır.