Gündəm

Ərdoğan İsveç və Finlandiya ilə memorandum imzaladı

Madriddə keçirilən dördtərəfli görüşdən sonra Türkiyə, İsveç və Finlandiya üçtərəfli birgə memorandum imzalayıb.

ENA.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Qeyd edək ki, bu gün NATO-nun Madrid sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveç heyətləri arasında görüş keçirilib. NATO-nun Baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö və İsveçin Baş naziri Maqdalena Andersson bir araya gəliblər.

Danışıqlar 2 saatdan artıq davam edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)