BİZNES

İş adamı min hektarda fındıq bağı salmaq istəyir - İNVESTOR AXTARIR

Azərbaycanlı iş adamı Çingiz Nağıyev meşə fındığı bağlarının salınması layihəsinin reallaşdırılması üçün investor axtarır. Bu barədə hökumətdən məlumat verilib.

“Ç.Nağıyev Şəki rayonunda 1 min hektar sahədə ” meşə fındığı bağlarının salınması üzrə biznes plan tərtib edib. Layihə 15 mln. manat həcmində qiymətləndirilir, bunun 33%-i sahibkar özü, qalan 67%-ni investordan cəlb etməyi planlaşdırır”, - hökumətdən qeyd ediblər.

İş adamı layihəni 10 il ərzində reallıaşdırmağı ümid edir. Xərclərin çıxarılması müddəti 5 il təşkil edəcək. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)