Bank

PASHA Bank işçi axtarır - VAKANSİYA

Kiçik Kredit Risk Anderrayteri

 Son tarix 09 iyl 2022 

İşiniz nədən ibarətdir?

  • Bankın təsdiq edilmiş kredit siyasəti və müvafiq prosesləri ilə bağlı zəruri biliklərin genişləndirilməsi;
  • Kreditlərin Strukturlaşdırılması və digər satış departamentləri tərəfindən təqdim edilmiş kredit ərizə və limitləri üzrə anderraytinqinin təmin edilməsi;
  • Sifariş edilən öhdəlikləyin növündən və ümumi məbləğindən asılı olaraq kredit öhdəlikləri üzrə qərarların verilməsi;
  • Kreditləşmə prosesində anderraytinq zamanı ehtiyac yaranarsa bankdaxili metodologiya, təlimat və qayda tələblərinin ekspert əsaslandırma ilə nəzərə alınmamasının təmin edilməsi;
  • Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq proseslərə və Risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsi;
  • Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanılması, kredit reytinqlərinin hesablanması və müvafiq qərarın qəbul edilməsi;
  • Ədalətli kredit reytinqlərinin təmin olunması üçün kredit riskinin həqiqi keyfiyyətini əks etdirən ekspert rəyinin verilməsi və cavabdehliyi; 
  • Xidmət Səviyyəsi Müqavilələrinə əsasən hər kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqin tamamlanması və vaxtında icra edilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə, Bank işi, İqtisadiyyat və ya digər müvafiq  sahə üzrə Bakalavr təhsili
  • İş təcrübəsi: Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə 1-2 il 
  • Lisenziya/ Sertifikat: Risk menecment, ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası), CFA üzrə sertifikatlar
  • Xarici dil: İngilis dili (səlis), Rus dili (orta) 
  • Kompüter bilikləri: Microsoft Office
  • Bazar bilikləri : Azərbaycan və Rusiya iqtisadiyyatı üzrə ümumi biliklərin olması 
  • Digər: Maliyyə sahəsi, bank qanunvericiliyi və regulyator tələblər üzrə biliklər
  • Maliyyə təhlili, mühasibatlıq və bankçılıq üzrə təcrübə

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 08.07.2022-ci il tarixinədək başlıqda “Kiçik Kredit Risk Anderrayteri” qeyd edərək recruitment@pashabank.az mail ünvanına göndərməyiniz xahiş olunur. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)