Azərbaycanda "e-KOB Evi"nin istifadəyə verilməsinə hazırlıq gedir
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi "e-KOB Evi" istifadəyə verməyə hazırlaşır.
ENA.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov bunu Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik toplantısı çərçivəsində keçirilən “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forumda bildirib.
"KOB Evləri bizneslərə G2B və B2B xidmətləri təklif edən bir pəncərədir. Yeni təşəbbüslə KOB evinin xidmətləri non-stop-shop rejimdə təmin olunacaq və KOB-lar üçün daha əlçatan olacaq. Sadalananlar KOBİA-nın təmin etdiyi dəstək və xidmətlərin bir hissəsini təşkil edirlər. Əminəm ki, dövlətimizin yeni sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq aidiyyəti maraqlı tərəflərin, o cümlədən özəl sektorun birgə fəaliyyəti ilə iqtisadiyyatın şaxələndirilməsi və innovativ inkişafın təmin edilməsi istiqamətində daha yüksək nəticələr əldə olunacaq", - deyə o, qeyd edib.