Gündəm

Rusiya XİN: “Kalininqradın blokadasına görə Litvaya cavabımız diplomatik olmayacaq”

Litvadan keçməklə Kalininqrad vilayətinə malların tranzitinə qoyulan qadağaya Rusiyanın cavabı praktiki sahədə olacaq.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Eləcə də oxu: Patruşev: “Rusiyanın Kalininqradın blokadasına cavabı Litva sakinləri üçün ciddi və həssas olacaq”

“Cavab tədbirlərinə gəlincə, onlar qurumlararası formatda hazırlanır… Onlar diplomatik deyil, praktiki müstəvidə olacaq”, – deyə rusiyalı diplomat qeyd edib.

Zaxarova vurğulayıb ki, Rusiya Litvaya və Avropa İttifaqına bu cür hərəkətlərin qəbuledilməz olduğunu və görülən tədbirlərin dəyişdirilməsi və vəziyyətin hüquqi məcraya qaytarılması lazım olduğunu bildirib: “Cavabın nə olacağı və nə vaxt veriləcəyi hələ də müzakirə olunur, bu həm də Vilnüsün tranzit qadağasını ləğv etməyə razı olub-olmamasından asılıdır”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)