MALİYYƏ

Bu sahələrə büdcədən pul ayrılacaq - SİYAHI

Büdcəyə yenidən baxılma zamanı gəlirlər və xərclər hesabına formalaşacaq 2986,0 milyon manat vəsaitin prioritet sahələrə yönəldilməsi nəzərdə tutulur. 

ENA.az xəbər verir ki, bununla bağlı 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsində nəzərdə tutulub. 

Eləcə də oxu: Bu istiqamətlər üzrə büdcə xərcləri artırılacaq

Hazırda Milli Məclisin plenar iclasında müzakirə olunan layihəyə əsasən, əlavə vəsaitin yönləndiriləcəyi sahələr aşağıdakılardır: 
- İşğaldan azad olunmuş ərazilərdə yol-nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı layihələrin, həmçinin ölkəmizin digər regionlarında nəqliyyat-kommunikasiya infrastrukturlarının təkmilləşdirilməsi üzrə layihələrin maliyyələşdirilməsi (1447,0 milyon manat);

- Vətən müharibəsi zamanı ölkənin bəzi rayon və şəhərlərində zərər çəkmiş yaşayış və qeyri-yaşayış sahələrinin bərpası və yenidənqurulması və digər yaşayış məntəqələri üzrə tədbirlərin maliyyələşdirilməsi (34,0 milyon manat);

- Müdafiə qabiliyyəti və hərbi qüdrətin daha da artırılması, milli təhlükəsizlik sahəsində tədbirlərin maliyyələşdirilməsi (588,0 milyon manat);

- Sosial mudafiə sahəsində, o cümlədən cari il ərzində götürülən sosial öhdəliklərin, əmək pensiyaları üzrə maddi yardım, əməkhaqqı və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsi (519,0 milyon manat);

- Ərzaq təhlükəsizliyi üzrə tədbirlərin təmin edilməsi (193,0 milyon manat);

- Sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin dəstəklənməsi (163,0 milyon manat);

- Bir sıra zəruri kommunal və kommunikasiya xərclərinin təmin edilməsi (42,0 milyon manat)".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)