İkinci “Ağıllı kənd'”: Füzulidə 450 ev tikiləcək - VİDEO
İşğaldan azad edilmiş ərazilərdə ikinci ''Ağıllı kənd'' layihəsi Füzuli rayonunun Dövlətyarlı kəndində həyata keçiriləcək. Prosesə yaxın vaxtlarda başlanacaq.
Eləcə də bax: Bakı-Füzuli-Bakı avtobus marşrutu açılır - İlk reysin tarixi
ENA.az-ın məlumatına görə, Füzulidən seçilən deputat Vüqar Bayramov deyib ki, layihə çərçivəsində kənddə yaşıl və alternativ enerji növlərindən istifadə ediləcək, "ağıllı idarəetmə" sistemi tətbiq olunacaq.
Kənddə insanların yaşayışı üçün lazımi infrastruktur qurulacaq. Kəndin ətrafında "Ağıllı kənd" təsərrüfatı sahəsi yaradılacaq. Beləliklə, sakinlərin rahat yaşaması və kənd təsərrüfatı ilə məşğul olması üçün zəruri işlər həyata keçiriləcək.
Bundan əlavə, xarici investisiya əsasında günəş paneli tarlası salınacaq. Layihənin gücünün 50 meqavat olması gözlənilir. Tarlada 20 daimi iş yeri yaradılacaq. Eyni zamanda insanların məşğulluğunun təmin edilməsi üçün layihələr həyata keçiriləcək.
Deputat qeyd edib ki, Dövlətyarlı kəndində ağıllı turizm həllərinin tətbiqi vasitəsilə kənd turizmi və otel infrastrukturunun yaradılması nəzərdə tutulub. Kənddə qurulan müəssisələrdə 40 daimi, 300-dək mövsümi iş yeri yaradılacaq.