Bank

Mərkəzi Bank: "Azərbaycan bank sektorunun kövrəkliyi azalıb"

Ötən il Azərbaycan bank sektorunun kövrəklik indeksi (BSFI) yaxşılaşaraq “0,20” təşkil edib.

ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Maliyyə Sabitliyi-2021" hesabatında bildirilib.

Sənəddə həmçinin qeyd olunur ki, bütün bunlar, 2021-ci il ərzində iqtisadi artımın bərpası və bankların balansının genişlənməsi fonunda baş verib.

2020-ci ildə isə sektorun kövrəklik indeksi 3 ilin əvvəli ilə müqayisədə azalaraq “-0,65” təşkil edib ki, bu da pandemiya və qapanmalar şəraitində risk səviyyəsinin artdığını göstərirdi.

Qeyd edək ki, beynəlxalq təcrübədə geniş istifadə olunan BSFI indeksi bank sektorunun dayanıqlılığını qiymətləndirir. İndeks özəl sektora verilmiş kreditlər, xarici borc öhdəlikləri və əhalinin əmanətlərinin standart kənarlaşmasının orta qiyməti olaraq müəyyən edilir. İndeksin kəskin dəyişməsi sektorun dayanıqlılığına təsir kimi qiymətləndirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)