Bank

Orxan İsmayılov “AccessBank”ın İdarə Heyətinə seçilib

“AccessBank” QSC-nin səhmdarlarının qərarı ilə daha bir şəxs İdarə Heyətinə üzv seçilib və bununla da idarə heyəti bir sədr və beş üzvdən ibarət olacaq.

Məlumata görə, Orxan İsmayılov Bankın İdarə Heyətinə üzv seçilib.

O.İsmayılov “AccessBank”da fəaliyyətinə 2020-ci ilin yanvar ayında Risklərin İdarə Edilməsi departamentinin direktoru vəzifəsində başlayıb. Hazırda da İdarə Heyətində yer almaqla paralel qeyd edilən vəzifəsini də davam etdirir.

Cənab İsmayılov karyerasına Azərbaycan Respublikasının Mərkəzi Bankında başlayıb. Daha sonra fəaliyyətini Maliyyə Bazarlarına Nəzarət Palatasında davam etdirərək Prudensial siyasət və Metodologiya İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.

Orxan İsmayılov Bakı Dövlət Universitetində İqtisadi kibernetika ixtisası üzrə bakalavr və maqistr dərəcələri alıb. Habelə, Praqada Nyu-York Universitetində MBA dərəcəsinə yiyələnib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)