Bakı sakininin kart hesabından pul oğurlanıb
Bakı sakininin kart hesabından pul oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə iyunun 9-da paytaxt sakini N.Eyvazovun bank hesabından 383 manatının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Almasi müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.