Azərbaycanın tədiyyə balansının qalığı 5 dəfəyə yaxın artıb
Bu ilin I rübündə Azərbaycanın tədiyyə balansının ümumi qalığı 1 572,4 milyon ABŞ dolları təşkil edib.
ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ıötən ilin eyni dövrü ilə müqayisədə 4,8 dəfə çoxdur.
Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 3 952,7 milyon dollarlıq qalıq (ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 dəfə çox), kapital hesabındakı 0,3 milyon dollarlıq kəsir (əvvəlki il qalıq olub), maliyyə hesabındakı 1 195,6 milyon dollarlıq kəsir (əvvəlki il qalıq olub), balanslaşdırıcı maddələr üzrə 1 184,4 milyon dollarlıq kəsir (3,7 dəfə çox) hesabına formalaşıb.