Şərti sülh müqaviləsi Azərbaycanın təkliflərinə əsaslanır - LAVROV
Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyanın ilk iclası keçirilib və ikinci iclası olacaq. Rusiya xəritələr də daxil olmaqla, məsləhətçi yardım göstərməyə hazırdır.
ENA.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında deyib.
Rusiyalı nazir bütün məsələlərin sonda öz həllini tapacağına əmin olduğunu bildirib.
“Münasibətlərin tam normallaşmasından başqa yol yoxdur. Şərti sülh müqaviləsi Azərbaycanın təkliflərinə əsaslanır və buna cavab olaraq Ermənistan öz baxışını təqdim edib. Öz növbəsində, Rusiya vasitəçi, məsləhətçi kimi iştirak etməyə hazırdır”, - Lavrov bildirib.