Birja

Bakı Banklararsı Valyuta Birjası ləğv olunur

"Bakı Banklararsı Valyuta Birjası" QTSC ləğv olunduğunu elan edib.

ENA.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 75 ("Winter Park Plaza" iş mərkəzi, 304-cü otaq) ünvanına bildirə bilərlər.

"Bakı Banklararası Valyuta Birjası" 1993-cü ilin iyul ayında yaradılıb, 2015-ci ilin iyun ayında, Azərbaycan manatının ilk devalvasiyasından sonra fəaliyyətini dayandırıb. Banklar arasında valyuta satışı açıq bazarda həyata keçirilib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)