Sanksiyalar Rusiyada avtomobil satışını 84% azaltdı
Rusiyaya qarşı sanksiyalar və ölkənin sənayedən təcrid olunması fonunda may ayında avtomobil satışları 84 faiz azalıb. Bu, 2006-cı ildən bəri ən böyük azalma olub
Baş ofisi Rusiyada yerləşən Avropa Biznes Assosiasiyasının açıqladığı məlumatlara görə, ötən ay 25 mindən az avtomobil satılıb. Bu, 2006-cı ildən bəri ən aşağı səviyyə idi.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin Ukraynanı işğal etməsindən sonra tədarük zəncirindəki problemlər və ABŞ və müttəfiqlərinin tətbiq etdiyi sanksiyalar ölkədə xaricilərin üstünlük təşkil etdiyi avtomobil sektoruna mənfi təsir göstərib. Çoxsaylı qlobal avtomobil şirkətləri müharibə səbəbindən Rusiyadakı fəaliyyətini dayandırdı.
Avropa və Asiya istehsalçılarının əksəriyyəti avtomobillərin daşınmasını dayandırsa da, sanksiyalarda iştirak etməyən bəzi ölkələr logistika problemlərindən əziyyət çəkir.
“Avtostat” konsaltinq firmasından Azat Timerxanov bildirib ki, ölkə alternativ təchizatçılar, əsasən də Çinlilər axtarır.